Fikrət Hüseynov: “Sabahkı görüşdən sonra bütün federasiyalarla əlaqə saxlanılıb, məlumat veriləcək”
Tarix: 30-05-2020, 11:23 | Çap et
Fikrət Hüseynov: “Sabahkı görüşdən sonra bütün federasiyalarla əlaqə saxlanılıb, məlumat veriləcək”
Gənclər və idman nazirliyinin futbol sektorunun müdiri Fikrət Hüseynovun apasport.az saytına müsahibəsi

- Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 31 may saat 00:00-dan açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkili mümkündür. Yəni sabahdan klublar məşqləri bərpa edə bilərlər?
- Bəli, futbol komandaları sabahdan və birigündən məşqlərə açıq havada başlaya bilərlər. Ancaq çempionatın bərpa olunub-olunmayacağına AFFA İcraiyyə Komitəsi qərar verə bilər.

- Gənclər və idman nazirliyi AFFA və PFL-lə bu məsələni müzakirə edibmi?
- Müntəzəm əlaqə saxlanılır, müzakirələr aparılır. Həftədə iki dəfə danışırıq, hazırkı durumla bağlı söhbətlər aparırıq. Biz də məşqlərə icazə verilməsi ilə bağlı qərarı gözləyirdik. Əslində iki həftə əvvəl icazənin verilməsi gözlənilirdi. Ancaq Operativ Qərargah bu məsələni mayın sonuna saxladı.



- Bəs klublarla necə, söhbətiniz olubmu?
- Bəli, dünənki qərardan sonra mən özüm də bəzi klublarla danışmışam. Onlara da ətraflı məlumat verilib.

- Gündəmdə Gənclər və İdman Nazirliyinin həm futbol çempionatı, həm də digər idman növləri ilə bağlı iclası varmı?
- Sabah ilk iş günüdür. Yəqin ki, bu məsələ gündəmə gətiriləcək, rəhbərliyin görüşü olacaq. Ondan sonra hansı qərar verilsə, ona uyğun hərəkət ediləcək. Açıq havada təkcə futbol olmur. Sabahkı görüşdən sonra bütün federasiyalarla əlaqə saxlanılıb, məlumat veriləcək.

- Qapalı idman müəssisələrinin fəaliyyətinin dayandırılması qadağası iyunun 15-dək qüvvədə saxlanılıb. Ancaq futbol komandaları ilk olaraq fərdi məşqləri trenajor zalı və bu kimi qapalı məkanda edirlər. Onlara hər hansı bir güzəşt edilə bilərmi?
- Fiziki hazırlığı harada başlamaq artıq klubların işidir. Yəqin ki, buna uyğun bir proqram qurarlar. Hələlik açıq havada məşqlərə icazə verilib. Digər məqamlarla bağlı sabah tam dəqiqliklə məlumat vermək olar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net