İtaliya klubu Mario Balotelli ilə yollarını ayırır
Tarix: 28-05-2020, 10:07 | Çap et
İtaliya klubu Mario Balotelli ilə yollarını ayırır

İtaliyanın "Breşiya" klubu mövsümün sonunda futbolçusu Mario Balotelli ilə yollarını ayıracaq.

"Report" xəbər verir ki, bu barədə klubun prezidenti Massimo Çellini "TeleLombardia"ya açıqlamasında məlumat verib.

O, 30 yaşlı hücumçunun qəribə insan olduğunu deyib. Çellini Balotellinin komandanı düşünmədiyini söyləyib: "B Seriyasına düşəcəyimiz təqdirdə avtomatik olaraq müqavilə ləğv ediləcək, futbolçu sərbəst agent olacaq. Balotelli ilə müqaviləni media üçün imzalamadıq. Həqiqətən, onun oyunumuza töhfə verəcəyinə inandıq, məyusuq".

Qeyd edək ki, Mario Balotelli 2019-cu ilin avqustunda "Breşiya" ilə müqavilə imzalayıb. Komanda A Seriyasında 26 turdan sonra 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net