Paytaxt derbisi darmadağınla başa çatıb
Tarix: 23-05-2020, 00:31 | Çap et
Paytaxt derbisi darmadağınla başa çatıb

Almaniya Bundesliqasında XXVII tur başlayıb.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə bir matç keçirilib.

Günün yeganə qarşılaşması Berlində baş tutub. Tamaşaçısız keçirilən paytaxt derbisində “Herta” “Union”u qəbul edib. Oyun koronavirus pandemiyasının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə start götürüb.

Turnir cədvəlindəki qonşuların duelinin ilk 45 dəqiqəsi qolsuz bitib. Berlin derbisinin taleyi ikinci hissədə həll olunub. Fasilədən sonra dörd qol vuran “Herta” darmadağın sayəsində bir pillə irəliləməyi bacarıb.

Qeyd edək ki, turun digər oyunları mayın 23-24-də keçiriləcək.

Almaniya Bundesliqası
XXVII tur
22 may
“Herta” – “Union” – 4:0
İbişeviç, 51, Lukebakio, 52, Kunya, 62, Boyata, 77








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net