AFFA-dan Premyer Liqa və I Divizionla bağlı açıqlama
Tarix: 22-05-2020, 15:17 | Çap et
AFFA-dan Premyer Liqa və I Divizionla bağlı açıqlama
Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyəyə növbəti həftələrdə baxılacaq.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi xəbər yayıb.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla hər iki çempionatın taleyi qarşıdakı günlərdə müzakirə olunacaq.

Həmçinin qeyd olunub ki, AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunacaq. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal federasiyası qərar qəbul edəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net