Daha bir liqada çempion bəlli oldu
Tarix: 18-05-2020, 16:04 | Çap et
Daha bir liqada çempion bəlli oldu

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Şotlandiya çempionatı barədə qərar verilib.

"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, liqada 2019/2020 mövsümü vaxtından əvvəl başa çatdırılıb.

30 turdan sonra 80 xalla lider olan "Seltik" çempion elan olunub. Son sıradakı "Harts" isə aşağı dəstəyə düşüb.

Qeyd edək ki, daha əvvəl Avropada Niderland, Belçika, Kipr və Cəbəllütariq çempionatlarında cari mövsüm ləğv edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net