Beşiktaş” Kolumbiya millisinin qapıçısını transfer edə bilər
Tarix: 18-05-2020, 12:02 | Çap et
Beşiktaş” Kolumbiya millisinin qapıçısını transfer edə bilər

Türkiyənin “Beşiktaş” klubunun heyətinə qatmaq istədiyi qapıçının adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Kolumbiya yığmasının futbolçusu Alvaro Monteronu heyətinə qatmağa qərar verib.

“Deportivo Tolima”da çıxış edən qolkiperin bu yay “Beşiktaş”a keçəcəyi gözlənilir. 25 yaşlı əlcək sahibinin transferi “ağ-qaralar”ın qapıçı problemini həll etməlidir.

Qeyd edək ki, “Beşiktaş” cari mövsümdəki qapıçısı Loris Kariusu icarə müddəti başa çatmadan geri göndərib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net