İdmançılar və onların məşqçilərinin mükafat məbləği məlum oldu
Tarix: 16-05-2020, 16:21 | Çap et
İdmançılar və onların məşqçilərinin mükafat məbləği məlum oldu

2019-cu ildə beynəlxalq idman yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının və onların məşqçilərinin mükafatlandırılmasına 2,1 milyon manat sərf olunub.

"Report"un məlumatına görə, bu barədə 2019-cu il dövlət büdcəsinin icrası haqqında hesabatda bildirilir.

Sənəddə o da qeyd olunur ki, Yardımlı, Tərtər, Neftçala rayonlarında Olimpiya Komplekslərinin tikintisi və ölkədə iri miqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsi ilə bağlı xərclər 197,2 milyon manat təşkil edib.

AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsi üçün hazırlıq işlərinə isə 10 milyon manat ayrılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net