Futbol Avropaya derbi ilə qayıdır
Tarix: 16-05-2020, 01:05 | Çap et
Futbol Avropaya derbi ilə qayıdır

Böyük futbol yenidən Avropaya qayıdır.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan 53 çempionat arasında bu gün bir ölkədə mövsüm bərpa olunacaq.

Pandemiya dönəmində dayandırılmayan Belarus çempionatını nəzərə almasaq, ilk bərpa Almaniya Bundesliqasında reallaşacaq. İki aylıq məcburi fasilədən sonra bu gün komandalar meydana çıxacaqlar.

Boş tribunalar önündə keçiriləcək XXVI turun qarşılaşmaları üç günü əhatə edəcək. İlk gündə 6 qarşılaşma olacaq. 5 görüş eyni anda start götürəcək ki, onlardan birində Rur derbisi reallaşacaq. Çempionluğa iddia edən "Borussiya" Dortmundda "Şalke"ni qəbul edəcək.

Lider "Bavariya" bir gün sonra ortabablar sırasında qərarlaşan "Yunion Berlin"in qonağı olacaq. Tura Bremendə "Verder"lə "Bayer" arasındakı matçla yekun vurulacaq.

Almaniya Bundesliqası
XXVI tur:
16 may;
17:30. "Auqsburq" - "Volfsburq"
17:30. "Borussiya" D. - "Şalke"
17:30. "Fortuna" - "Paderborn"
17:30. "Hoffenhaym" - "Herta"
17:30. "Leypsiq" - "Frayburq"
20:30. "Ayntraxt" - "Borussiya" M.

17 may
17:30. "Köln" - "Mayns"
20:00. "Yunion Berlin" - "Bavariya"

18 may
22:30. "Verder" - "Bayer"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net