"Neftçi”nin koronavirus testinin nəticəsi açıqlanıb
Tarix: 15-05-2020, 21:39 | Çap et
"Neftçi”nin koronavirus testinin nəticəsi açıqlanıb

"Neftçi”nin kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən dünən və bu gün koronavirus (COVİD-19) testi verib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb.

Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.

Qeyd edək ki, "Neftçi”nin bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net