Ana Sayfa > Hadisə, Manşet > Cəlilabadda şok: Seyid Rus kilsəsinin ərazisini necə zəbt edib...

Cəlilabadda şok: Seyid Rus kilsəsinin ərazisini necə zəbt edib...


30-03-2015, 09:25. Yazar: admin
Cəlilabadda şok: Seyid Rus kilsəsinin ərazisini necə zəbt edib...
Vertikal.az vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışdır. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı vəziyyətlə qarşılaşmışlar. Göytəpə sakinləri düşdükləri acınacaqlı durumdan şikayətlənmiş və rayonda bir ailənin onların başına gətirdikləri oyunlardan söhbət açmışlar. Aydın olmuşdur ki, Göytəpə sahibkarları özlərinə məxsus olan ərazidə ticarət obyektləri tikərkən rayonun baş üzəduranı kimi tanınmış Mürsəlov Mirşamil Miradil oğlunun təzyiqi ilə üzləşirlər. Mirşsmil həmin əraziyə gəlir və tikinti yerinə Heydər Əliyevin şəkli olan plakatları vuraraq ərazinin ona məxsus olduğunu bildirir.

Araşdırma zamanı üzə çıxmışdır ki, Mirsəlov Mirşamil belə hərəkətləri həmin yeri zəbt etmək məqsədilə edir. Saxta sənədlərlə məşğul olan, pozğunluqla ad çıxarmış, dələduz işlərə bulaşmış bu qondarma seyidin tamahkarlığı haqqında rayon sakinləri fantastik əhvalatlar söyləmişlər.

Məlum olmuşdur ki, Heydər Əliyevin şəklini yapışdırmaqla Mirşamil Mürsəlov bir neçə obyekt yerini qanunsuz olaraq ələ keçirməyə müvəffəq olmuşdur. Bu adam mərhum ölkə başçısının şəklindən istifadə edərək öz şəxsi məqsədlərini həyata keçirir. "Görəsən bu səlahiyyəti Mürsəlov Mirçamilə kim verb?"- deyə "Geniş meydan" media orqanı soruşur. Təəccüblüsü odur ki, bu qondarma seyid hətta Heydər Əliyevin şəklini Rus Kilsəsi ərazisinə də sancaraq kilsənin həyətini zəbt etmişdir. Yəqin ki dövlət orqanları bu çapanoğlu barəsində, onun insan psixikasına sığmayan əməlləri barədə ölçü götürərlər.

Cəlilabad rayon sakinləri jurnalistlərə Mirsəlov Mirşamilin rayonda çıxdığı oyunlardan, sadə insanların başına gətirdiyi zülmlərdən və dəfələrlə üzə duraraq günahsız insanları həbs etdirməsindən şikayətlənmişlər. Qeyd olunmuşdur ki, Mirşamil dövlət orqanları ilə əlaqələrindən istifadə edərək dəfələrlə qanun pozuntularına yol vermiş, vətəndaşlara heç nədən problemlər yaratmış və tez-tez insan haqlarını kobud surətdə pozmuşdur. Vətəndaşlar Cəlilabadın "Ostap Bender"indən dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etsələr da, məsələ baxılmamış qalmışdır. Məhz belə şikayət ərizələrindən birinin xətti ilə "Bakı nyus” internet televiziyası Cəlilabad rayonuna gəlmiş, vətəndaşlarla görüşərək faktların araşdırılması ilə məşğul olmuşdur.

Üzə çıxmışdır ki, Mirşamil Mürsəlov və onun başına yığdığı dələduz dəstənin ucbatından Göytəpə qəsəbəsində hüquqi nihilizm hökm sürür. Yalançı seyid cəlilabadlılara dəfələrlə öz şəxsi mənafeyinə görə başağrılar yaratmış, bütün rayonun asayişini pozmuşdur. Onsuz da problem içində üzən Göytəpə sakinləri Mirşamil Mürsəlova görə daha artıq qayğılarla yüklənmişlər. Rayonda üzədauran kimi tanınmış bu ünsürə qarşı qarşı böyük narazılıq yaranmış, ziyalı təbəqənin əsəbləri rayonu biabır etmiş bu adamın əlindən gərilmişdir. Yeli sakinlər Mişamili rayonun virusu adlandırırlar və düşdükləri acınacaqlı vəziyyətdən çıxış yolu axtarırlar.

Mirşamil Mirsəlov oğluna saxta şəhidlik statusu alıb

Rayonun Üçtəpə kənd sakini Ramiz Yarıyev "Bakı nyus” internet televiziyasının baş redaktoru Vüsalə Nəciyeva ilə söhbətində bildirmişdir ki, Mürsəlov Mirşamil Miradil oğlu vaxtilə Heydər Əliyevin hakimiyyətə gəlməsinin qatı əleyhdarı olmuşdur, lakin indi onun şəkli olan plakatları əlinə götürərək obyekt yerlərini zəbt edir və kapital qazanır. Məlum olmuşdur ki, Mürsəlov Mirşamilin dövləti aldatmaq üçün çıxmadığı oyun, əl atmadığı variant qalmamışdır. "Mirşamilin oğlu xidməti vəzifəsini yerinə yetirərkən elektrik cərəyanı vurması nəticəsində həlak olmuşdur. Amma Mirşamil ona saxta yollarla şəhidlik statusu almışdır. Məsələyə don geydirmək yolu ilə, müxtəlif saxta sənədlər əldə etmək yolu ilə Mürsəlov Mirşamil oğlu Mirəjdərə şəhid adı, özünə isə şəhid ailəsi adı almağa müvəffəq olmuşdur".
Ramiz Yarıyev mövzu ilə bağlı jurnalistlərə müxtəlif arayışlar təqdim etmişdir ki, onların surəti yoxlanılmaq üçün müvafiq dövlət orqanlarına da göndərimişdir. Mirşamilin saxta yollarla düzətdirdiyi arayışların birində göstərilir ki, oğlu Mirəjdər həlak olub, digərində isə bildirilir ki, erməni gülləsindən şəhid olmuşdur. Tamamilə bir-birinə ziddinə olan bu arayışları Mirşamil Mürsəlovun hansı yollarla əldə etdiyi hüquq-mühafizə orqanlarının işidir. Mirşamilin dövləti aldadaraq təqdim etdiyi qətnamədə isə göstərilir ki, guya oğlu Mirəjdər odlu silahdan açılan atəş nəticəsində öldürülmüşdür. Üç nəfər saxta şahidin şahidliyi ilə Mirəjdərin qondarma şəhidliyi təsdiq olumuşdur. Ramiz Yarıyev bu yanlış qərarın Dövlət tərəfindən araşdırılmasını xahiş edir: "Bu Azərbaycanın tarixinə xəyanətdir, belə hallar olmamalıdır. Mən çoxsaylı müraciət etmişəm, Mürsəlov Mirşamilin bu cür əməllərini açıqlamışam və tələb etmişəm ki, onun saxta əməlləri araşdırılsın. 14 təşkilata müraciət ünvanlamışam".

Mirşamil Mürsəlov saxta “20 Yanvar" cəmiyyəti yaradaraq ona başçılıq edir

Ramiz Yarıyevin toxunduğu ikinci məsələ Mirsəlov Mirşamilin Cəlilabad rayonunda saxta "20 yanvar" cəmiyyəti yaradaraq ona başçılıq etməsidir. Məlum olmuşdur ki, Cəlilabad rayonunda heç bir "20 Yanvar" olayı baş verməmişdir. Ramiz Yarıyev deyir: "Əgər baş vermiş olsaydı mən bilərdim. Çünki mən həmin dövrdə daim Cəlilabad rayonunda hərəkət etmişəm, aktiv olmuşam, dövlət rəsmiləri ilə əlaqələrim olub. Bizim rayonda 20 Yanvar və ya buna bənzər hadisə baş verməmişdir. Rayon sakinlərindən heç kimin də belə "qanlı olay"dan xəbəri yoxdur. Bəs Cəlilabaddakı "20 Yanvar" cəmiyyəti nə olan şeydir? Bu, sadəcə Mirşamilin biznes dükanıdır. Bildirirəm ki, bu təşkilat saxta təşkilatdır, pul mənimsəmək üçün yaradılmışdır. Mürsəlov Mirşamil özü kimi dələduzları ətrafına toplayaraq "20 Yanvar" adlı cəmiyyətə üzv edib. Təşkilatın protokollarında Mürsəlov Mirşamil özünü "20 Yanvar" cəmiyyətinin sədri kimi göstərir. O özünü qondardığı bu təşkilata rəhbəri elan edib. Bu özbaşınalıqdır".
Ramiz Yarıyev bildirmişdir ki, Mürsəlov Mirşamilə saxta işlərdəvəzifədə işləyən bir çox dövlət məmurları dəstək olmuşlar: "Mən onu müdafiə edən yuxarı orqanların nəzərinə çatdırmaq istəyirəm ki, siz heç olmasa Mirşamil Mürsəlovun dələduzluğuna uyub cinayət etməyin. Etdiyiniz cinayəti də heç olmasa vaxtında hərəkət göstərib, həmin saxta şəhidlik statusunun ləğv olunmasını təmin edin. Bu Azərbaycan tarixinin təmizlənməsinə sizin böyük töhvəniz olacaqdır. Mən belə hesab edirəm və inanıram ki, bu baş tutacaqdır".

Mürsəlov Mirşamil hakimiyyət adı altında gizlənərək min əməllərdən çıxır, dövləti də biabır edir

Ramiz Yarıyev Cəlilabadın başbəlasına çevrilmiş bu yalançı seyidin şəxsi mənafeyə hesablanmış daha bir əməlindən danışmışdır: "Mirşamil Mürsəlov sanki qanunverici orqandır. O Göytəpədə öz yaşadığı küçəyə Zərifə Əliyeva adını vermişdir ki, cinayətlərini pərdələmiş olsun. Ölkə iqtidarının adı altında gizlənərək min əməllərdən çıxır, dövləti də biabır edir. Cəlilabad rayonunda rəsmiyyətdə heç bir yerdə belə bir küçə yoxdur. Amma Mirşamil o küçəyə Zərifə Əliyevanın adı olan lövhə yazıb yapışdırıb. Xahiş edirəm bütün bunlar diqqətdə saxlanılsın".

Mürsəlov Mirşamil Böyük Vətən Müharibəsi şəhidlərinin qəbirlərini sökərək yerində özünə bina inşa etdirmişdir

Ramiz Yarıyev jurnalistlərə açıqlamasında Mirşamilin hansı yollarla "20 Yanvar əlili" olması məsələsinə də aydınlıq gətirmişdir: "Mürsəlov Mirşamil Miradil oğlu vaxtı ilə alkoqol içkilər qəbul etdikdən sonra avtoqəza törətmişdir. Şəxsi 0-11 markalı maşınını sərxoş vəziyyətdə yük maşınına çırpmış, nəticədə qıçı sınmış, müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişdir. Əlimizdə bunu təsdiq edən sənədlər var. Lakin bu qondarma qəhrəman indi həmin qıçının sınığını 20 Yanvar hadisəsi ilə əlaqələndirir. Guya onun qıçına 20 Yanvar hadisəsi zamanı rus əsgərləri güllə ilə vurmuşlar! Bu tamamilə yanlışdır və bunu Göytəpə sakinləri hamısı bilir. Bu cür əməl Azərbaycan xalqının adına bir ləkədir. Mən bütün Azərbaycan xalqından xahiş edirəm ki, bu sahəyə göz yumulmasın. Bu məsələlər diqqətlə saxlanılmalı və qanuna müvafiq cəza tədbirləri görülməlidir".
Vertikal.az Mirsəlov Mirşamilin Göytəpə ərazisində öz qondarma "20 Yanvar" cəmiyyəti üçün tikdirdiyi binanın həmin deyilən ərazisində olmuşdur. Rast gəldikləri mənzərə jurnalistləri dəhşətə salmışdır. Məlum olmuşdur ki, Mürsəlovun təşkilatına bina tikdirdiyi ərazi qəbiristanlığın ərazisidir. Həmin torpaq sahəsində 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində şəhid olmuş əsgərlərimizin qəbirləri olmuşdur. Lakin cəzasız qalacağına əmin olan Mirşamil Mirsəlov həmin qəbirləri dağıtmış, başdaşıları söküb tulayaraq yerində özü üçün bina tikmişdir. Bunun nə dərəcədə düzgün olduğuna hökumət orqanları qiymət verməsələr də, gələcək nəsillər hökmən qiymət verəcəklər.

Mirşamil Mürsəlovun bacısı qızı Ceyhundan nə istəyir?

Məlum olmuşdur ki, Mürsəlov Mirşamilin nəinki özü, eləcə də yaxın ətrafı, hətta qadın qohumları da rayonda bədnam əməlləri ilə ad çıxarmışlar. Mirşamil Mürsəlovun bacısı qızı Aida xanımın çıxdığı oyunlar jurnalist araşdırmalarının mövzusu olmuşdur. Məlum olmuşdur ki, rayon sakini Əsmətov Ağəddin həmin qadının şər və böhtanlarına məruz qalaraq Mürsəlovlar ailəsinin növbəti qurbanına çevrilmişdir. Əsmətov Ağəddin jurnalistlər ilə söhbətində bildirmişdir: "Mürsəlov Mirşamilin bacısı Şəhla xanım Göytəpədə 2 nömrəli məktəbin direktorudur. Onun qızı Aidə 2013-cü il iyun ayının 14-də mənim oğlum Ceyhunu şərlədi. 102-yə zəng vurmuşdu. Nəticədə məni və oğlumu polis bölməsinə çağırdılar. İşin heç bir əsası yox idi. Mən özüm də 102-yə zəng etdim, Daxili İşlər Nazirliyinə müraciət ünvanladım. Din-dən xahiş etdim ki, bu işin, yalan, böhtan, şər olması dəqiq araşdırılsın. Müraciətimdən sonra doğrudan da iş obyektiv aparıldı, işdə heç bir sübut tapılmadı. Mən tələb qoydum ki, əgər bu qız mənim oğlumu bu formada şərləyirsə, onda ekspert gətirin, bu qızı yoxlayın. Görək dediklərində nə dərəcədə həqiqət var. Baxaq görək bu qız kimdir? Adı 10-cu sinifdə gedə-gedə başqa bir yerdən qeyri-qanuni şəhadətnamə almışdır. O saxta şəhadətnamə ilə Astara texnikumun dilçilik hissəsini bitirmək haqda diplom əldə etmişdir, indi isə "Dil-ədəbiyyat müəllimi" işləyir. Yanvar ayının 30-da Mirşamilin gəlini evdə ailəsi ilə dava etmiş, mənim, Məlikin və başqa bir neçə nəfərin adını çəkərək şər və böhtan danışmışdır. Saxta işlərə qoy qoymuşlar ki, bizi şərləsinlər. Səbəbi bilisinizmi nədədir? Biz onların saxta şəhidlik statusu almaları haqda çoxdandır yazıb müraciətlər edirik, haqq-ədalətin bərpa olunmasını tələb edirik. Bunlar məcbur qalaraq, özlərini "straxovka" etmək üçün bizə ara-sıra şər atırlar. Bizi şərləməkdə məqsədləri odur ki, bu işdən əl çəkək, onların cinayətlərini və saxtakarlıqlarını açıqlamayaq. Amma biz sonadək gedəcəyik, həqiqətin üzə çıxarılmasına nail olacayıq, ona görə ki, Azərbaycan xalqı, əsl şəhidlərimizin ruhu heç vaxt bizi bağışlamaz. Biz dövlət orqanlarından xahiş edirik ki, Mürsəlov Mirşamilin qurduğu oyunlara son qoyulsun, onun saxtakarlıqları yoxlanılsın, aydınlıq gətirilsin.
Mirşamil Mürsəlovun gəlini olan Aidə bizə niyə şər atmalıdır? Guya kimisə bıçaqlamışıq. Polis bölməsinə çağırıldıq, araşdırıldı ki, hamısı yalandır, bizə böhtan atırlar. Rayonda şər əməlləri ilə ad çıxarmış Mirşamilin əlindən dözülməz vəziyyət yaranmışdır. Mirşamil Mürsəlov daim Heydər Əliyevin hakimiyyətə gəlməsinə qarşı olub, indi necə olur ki, onun tərəfdarına çevrilib? Adından istifadə edir. İndi Heydərin şəklini əlində gəzdirir, stolbalara vurur ki, dividend qazansın. Bu cür biabırçılıqlara son qoyun. Bu cür yaltaqlıqla heç yerə gedib çıxmaq olmaz. Dövlət başçsının şəklini stolbaya niyə vurursan? Bu ki onu dar ağacına çəkmək kimi bir şeydir. Aparıb Heydər Əliyevin şəklini tellə elektrik dirəyinə bağlayıb ki, mən onun tərəfdarıyam. Bu adamın başı çatmır. Gəlin Göytəpəni gəzin, görün bu adam Heydər Əliyevin şəklini haralara vurmayıb? Biabır olmuşuq. Heydər Əliyevin adından istifadə edir, onun şəklini əlinə götürüb gəzir, harda istədi aparıb basdırır o şəkli, bu yolla torpaqları, obyeklt yerlərini zəbt edir, mənimsəyir. Belə olurmu? Bu cür ağçılıq olmaz. Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin qəbirlərinin dağıdıb, orda özünün qondardığı "20 Yanvar" cəmiyyəti üçün bina tikib. Şəhidlərin qəbir daşlarını sındırıb dağıdıb ki, həmin torpaq sahəsini ələ keçirsin. 1 nömrəli Göytəpə məktəbinin yanındakı ərazi qanunsuz olaraq Mirşamil Mürsəlovun əlinə keçib. Dözülməz vəziyyət yaranıb. Bütün Göytəpə vətəndaşları adından xahiş edirəm, bu biabırçılıqlara son qoyun. Bu adam nə vaxta kimi baş aparacaq? Onun əlindən Göytəpə sakinləri olmazın əziyyətlər çəkir. Göytəpədə insanların ölümündən başqa bütün hüquqları əlindən alınıb. Mürsəlovlar hətta günün günorta çağı xalqın evinə təcavüz edirlər. Kimi gəldi şərləyirlər. Mən Dövlətdən, hüquq-mühafizə orqanlarından xahiş edirəm, bunlara son qoyulsun. Cəlilabad hüquq-mühafizə orqanları şikayətimizə baxmır, Mürsəlovları müdafiə edir. Hara gedirik bizi ağzımızdan vurub geri qaytarırlar. Nə vaxta kimi Mürsəlovlar Göytəpədə və Cəlilabadda at oynatmaqla, cinayət törətməklə xalqı bezdirəcəklər? Onlara bu ixtiyarı kim verib? Mürsəlovlarla bağlı Göytəpə və Cəlilabad polisində çoxlu açıq və bağlı işlər yığılıb qalıb, heç birinə baxılmır. Nədən qorxurlar? Səsimizi heç yerə çıxara bilmirik, baxılmır. Cinayətklar Mürsəlovların əlindən evimizdə də rahat yata bilmirik. Nəyə görə Mirşamil Mürsəlovun gəlini televizora çıxır, bizim haqda şər və böhtan danışır? Mənim 60 yaşım var, mənim haqda yaraşmayan ifadələr işlədir. Niyə bizə heç nədən şər atılmalıdırlar, polisə çağırılmalıyıq?"

Mirşamil Mürsəlovun dəstəsi Göytəpə əhalisinə gün verib işıq vermir

Göytəpə qəsəbəsinin ağsaqqalı jurnalistlər ilə söhbətində Mürsəlovlar klanın xalqın başına gətirdiyi fırıldaqlardan söhbət açmışdır. O demişdir: "Mən təqaüdə çıxmış müəlliməm, xalq müəllimiyəm. Mən elə bir şəxs haqda danışmaq istəyirəm ki, o şəxs nəinki məclis, cəmiyyət içinə buraxılmalı şəxs deyil. O şəxs Mürsəlov Tahir Adil oğludur. Mürsəlov Tahir 2012-ci il mart ayının 9-da bizə gələrək məni çağırıb dedi ki, qızıma toy eləyirəm. Xahiş elədi ki, zamin durum, televizor və paltaryuyan maşın alsın. Dedi ki, ən etibarlı adam kimi sənin qapına gəlmişəm, özü də ki mən seyidəm. Nə seyid, belə bir şəxsə kömək etmək özü böyük bir günah imiş! Bu adam televizor və paltaryuyan maşın mağazadan götürəndən sonra bir manat da vermədi. İş respublika prokurorluğuna, rayon prokurorluğuna gedib çıxdı. Hüquq-mühafizə orqanlarından mənə dedilər ki, bu şəxs psixi xəstədir. Əgər psixi xəstədirsə, respublikanın psixodispanseri var. Dispenserdə yatmalı olan adam niyə çöldə cinayətlər törədir? Kimi gəldi aldadır, amma bu barədə tədbir görmür. Mən onun yaxın qohumlarından soruşdum ki, bu adam nə vaxta kimi insanları aldadacaq? Nə vaxta kimi kasıb-kusubu aldadıb pullarını mənimsəyəcək? Xeyr, Mürsəlov Tahir psixi xəstə deyil, cinayətkardır. Onun psixodispanserdən çıxarılmasının səbəbkarı isə həyat yoldaşı Mahirə Mürsəlovadır".

Mirşamil Mürsəlovun oğlu oğru imiş?

Məlum olmuşdur ki, seyid Mürsəlovlar tayfasının əlindən Göytəpə qəsəbəsində tam mənfi və neqativ vəziyyət yaranmışdır. Onlar bu qəsəbəyə köçəndən sonra bir çox insanlara narahatçılıqlar törədiblər. Mürsəlovlar ailəsinin ərazidə problemlər yaratdığı şəxslərərdən biri də Məlik Məlikovdur. O, Mürsəlovların dələduzluqları ilə bağlı bunları demişdir: "Dekabrın 11-i axşam saat 23 radələrində mənə məxsus olan "Çay evi"ndən notbuk oğurlandı. Bu oğurluğu Mürsəlov Mirşamilin oğlu Elnur etmişdi. Səhəri gün, dekabrın 12-də Mirşamil Mürsəlov məni telefonda hədələdi. Dedi ki, mənim adım hallanır, mənim imicimə toxunursuz. Mən onu başa saldım ki, siz niyə narahatsız? Əgər siz narahatsızsa, demək siz nəsə eşitmisiz və bilirsiz. Yox, narahat olduğunuza səbəb yoxdursa, bəs mənə niyə zəng vurursuz? Elə oldu ki, iki gün sonra notbuk tapıldı, üzə çıxdı ki, həqiqətən də notbuku Mirşamil Mürsəlovun oğlu Elnur oğurlamışdır. Lakin işdən 20 gün keçməsinə baxmayaraq polis şöbəsi məni çağırıb heç bir izahat almadı. Qəribədir ki, mənə heç bir sənəd təqdim olunmadan notbuku poçt vasitəsilə üstümə göndərdilər. Belə qanunsuzluğu görüb notbuku polis şöbəsinə geri qaytardım. Bundan sonra qara günlərim başladı, mənim üstümə düşdülər. Dedilər ki, notbuku niyə götürmədin, bu sənə baha başa gələcək! Bu minvalla məni hədələməyə başladılar. Belə olan vəziyyətdə mən hiss etdim ki, Göytəpə Polis Şöbəsində korrupsiya halları baş verir və müraciət etdim. Onda Göytəpə Polisi 3 nəfər yalançı şahid tutdu, işi elə qurdular ki, guya mən onlara pul borclu olmuşam, pulu vermədiyimə görə onlar da notbukumu götürüb aparıblar! Hansı ki elə bir şey olmamışdı. Cəlilabad rayon Polis Şöbəsindən mənə qərar göndərildi, həmin qərarı oxuduqdan sonra bildim ki, yalançı şahidlər kimdir. Biz onlara xəbər göndərdik ki, burda sizin adınız yazılıb, siz yalançı şahidlərsiniz. Siz bu cinayətdə iştirak etmisinizmi? Axı sabah prokurorluqda sizi çağıracaqlar. Dedilər ki, xeyr, öz əlləri ilə, dəsti-xətləri ilə prokurorluğa məktub yazdılar, bildirdilər ki, həqiqətən də biz orda olmamışıq. Beləliklə, qərar ləğv olundu. Qərar ləğv olunan gecə isə Mirşamilin oğlu Mirqoşqar obyektimə gələrək nalayiq söyüşlər söydü. Bu hadisə yanvar ayının 30-da baş verdi. Əlində bıçaq var idi, dedi gedirəm, bir azdan gələcəm, buranı dağıdacayıq. Dedi gedib dəstə ilə qayıdacam. Bu zaman mən 102-yə zəng etdim, polis gəldi, ərizəmi aldı, lakin yenə heç bir tədbir görülmədi. Bu adam nömrəsiz maşınla avtoşluq da edirdi, heç kim bir söz demirdi. Bundan sonra Göytəpədə mənim qardaşım oğlu ilə dalaşıb. Davada görünb ki, gücü çatmır, bıçağı götürərək özü özünə bıçaq xəsarəti yetirib. Özünü xəstəxanaya yıxıb, arvadı isə televiziyaya çıxaraq yalandan deyir ki, guya biz onu vurmuşuq. Guya ki, onu Hacı Məlik, Ağəddin, Adil və mən vurmuşuq, halbuki həmin vaxt hamımız öz yerində, öz iş-gücündə olmuşuq. Xahiş edirəm ki, bunların quru şərlərinin, böhtanlarınin qarşısı alınsın. Cəlilabad rayonunun Göytəpə qəsəbəsində insanların bütün hüquqları əllərindən alınıb. Bu Mirşamilin dəstəsi, bu Mirşamilin nəsli Göytəpə əhalisinə gün verib işıq vermir. Göytəpəyə gəlsəz görəcəksiz insanlar burda nə vəziyyətdədir. Əsəblər gərilib. Hamı qorxur. Mürsəlovların bir hissəsi avtovağzalı ələ keçirib, bir hissəsi avtoşluq edir, bir hissəsi camaatı şərləməklə, böhtançılıqla məşğul olur. Hamı oturub fikirləşir, bunlardan hər an bir bəla gələ bilər. Bizim təhlükəsizliyimiz qorunmalıdır. Ərazidə vəziyyət gərgindir, çox pisdir. Mirqoşqar Mürsəlov həmişə içkili vəziyyətdə avtoşluq edir, hamı görür, amma polis tədbir görmür. 102-yə də zəng edirik, nazirliyə də çıxırıq, xeyri yoxdur. Bizə də maraqlıdı, səbəb nədir? Qanunla plyonkalı maşın sürmək olmaz, amma Cənub bölgəsinə cəmi bir dənə plyonkalı maşın var, onu da Mirşamil sürür. Cəlilabad rayonunda heç kəs plyonkalı maşın sürə bilməz, həmin dəqiqə o maşın içəri atılar və cəzası verilər. Bəs necə olur ki, Mirşamil plyonkalı maşın sürür? Bu adam guya 20 Yanvar əlilidir, özünə saxta şəhidlik atası statusu düzəltdirib. Bizim buna şübhəmiz var, xahiş edirəm ki, bunlar araşdırılsın".
Doğrudan da maraqlıdır, bu qədər özbaşınalığı etməyi Mirşamil Mürsəlova kim icazə verib? 20 Yanvar adı altında maskalanaraq dividendlər qazanmaq özü elə ən böyük cinayətdir. Yerli sakinlər bildirmişlər ki, əgər Göytəpədə 10 min adam varsa, onlardan 9 mini Mürsəlovlardan narazıdır. Çünki bu adamlar ərazidə hamıya başağrılar yaradıblar.

Mürsəlov Mirşamil yaşadığı küçədə kanalizasiya sularının qabağını niyə kəsib?

Vertikal.az sakinlərin şikayəti əsasında Göytəpədə Mirşamil Mürsəlovun yaşadığı və "özəlləşdirdiyi" küçədə olmuşlar. Məlum olmuşdur ki, həmin küçənin başqa küçələrdən fərqli olaraq kanalizasiya xətti yoxdur. Səbəb odur ki, Mirşamil Müsrəlov ordan kanalizasiyta çəkilməsinə imkan vermir! Mürşamilin evi küçənin başında birinci evdir; o kanalizasiyanın qabağını kəsərək qışda yığılan suların kənara axıb getməsinə icazə vermir, nəticədə sular camaatın həyət-bacasına axır və küçəyə yığılaraq yolu dağıdır. Mirşamil Mürsəlovla eyni küçədə yaşamaq "xoşbəxtliyi" nəsib olmuş sakinlər və onun qonşuları bunları demişlər: "Qızda hər küçənin kanalizasiya suları küçənin qırağı ilə axıb gedir, bircə bizim küçədə Mirşamil həmin suyun qabağını kəsib, axmasına icazə vermir. O evinin yanından keçid etməyə qoymur, nəticədə hər tərəfə su yığılır, palçıq basır. Mirşamilin ucbatından küçədə əsl bataqlıq yaranıb. Orda 40 metr yerdir, dəfələrlə gedib xahiş etmişik ki, icazə ver su axıb ketsin. Qoymur, deyir gedin yuxarı şikayət edin. Vəsaiti özümüz ayırırıq, özümüz qazma işlərini görürük, təki su axıb getsin, həyət-bacamızı sel-su basmasın. Amma bu yoldaş kanalizasiyanın qabağını kəsib xalqa imkan vermir. O biri küçələrə də baxın, görün nə vəziyyətdədir, bizim küçəmizə də baxın. Mirşamilin ucbatından palçığın içindəyik. Bir kanalizasiya lağımı nə olan şeydir ki, ona da evinin yanından keçməsinə icazə verməyəsən? Yağış, qrunt suları hamısı həyətlərimizə yığılıb qalır. Üfunət iyi ətrafı götürür, hünü yığışır. Bir dəfə hətta kanalizasiya da qazmışıq, amma Mirşamil gəlib üstünü bağlayıb, hətta bizi söyüb təhqir də edib. Çıxılmaz bir vəziyyətə düşmüşük. Sadəcə istəyirik ki, kanalın qabağı açılsın, bizim də suyumuz o biri küçələr kimi kanala tökülsün. Evimizə un gətiririk, taksi girmir küçəyə. Məcbur oluruq öz aldığımız unu çiynimizə atıb gətirək. Küçə batıb dağılır. Maşın maşınlığı ilə gedə bilmir, insan necə getməlidir burdan? İmkan yoxdur ki, analar öz uşağını məktəbə apara. Uşağı qucağına götürürlər ki, palçıqdan keçirsinlər. Biz nə etməliyik, kimə müraciət etməliyik ki, Mirşamili yola gətirsin? Bir yol göstərin, bu zülmdən qurtaraq. Bir əncam çəkilməlidir, ya yox?"

Geri dön