Ana Sayfa > Hadisə > Abşeronda avtomobil yeniyetmə qızları vurub

Abşeronda avtomobil yeniyetmə qızları vurub


24-11-2020, 22:52. Yazar: admin

Abşeronda avtomobil yeniyetmə qızları vurub
Abşeron rayonunda iki yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil 2006-cı il təvəllüdlü Musayeva Nailə Niyaz qızını və onun həmyaşıdı Mikayılzadə Vüsalə Vüsal qızını vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Musayevaya bud sümüyünün sınığı, V.Mikayılzadəyə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Geri dön