Ana Sayfa > Hadisə > Qazaxda minik avtomobili aşdı: Xəsarət alanlar var

Qazaxda minik avtomobili aşdı: Xəsarət alanlar var


2-08-2020, 20:08. Yazar: admin
Qazaxda minik avtomobili aşdı: Xəsarət alanlar var

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Ürkməzli kəndində qeydə alınıb.

Hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 23 yaşlı üç nəfər - Allahverdiyev Natiq, Osmanov Amil, Alıyev Təyyar xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön