Ana Sayfa > Hadisə > Sumqayıtda dənizdə batan iki nəfərdən birinin meyiti tapılıb

Sumqayıtda dənizdə batan iki nəfərdən birinin meyiti tapılıb


1-08-2020, 12:15. Yazar: admin

Sumqayıtda dənizdə batan iki nəfərdən birinin meyiti tapılıb
İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.
Geri dön