Ana Sayfa > Hadisə > Cəlilabadda baş həkimin evi yanıb

Cəlilabadda baş həkimin evi yanıb


14-07-2020, 04:32. Yazar: admin

Cəlilabadda baş həkimin evi yanıb
Cəlilabad rayonunun Günəşli kənd həkim məntəqəsinin baş həkimi Cavanşir Bağırova məxsus ümumi sahəsi 120 kvm olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 100 kvm sahədə yanıb.

"Report"un məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön