Ana Sayfa > Hadisə / Region > Cəlilabadda baş həkimin evi yanıb

Cəlilabadda baş həkimin evi yanıb


13-07-2020, 20:34. Yazar: admin
Cəlilabadda baş həkimin evi yanıb

Cəlilabad rayonunun Günəşli kənd həkim məntəqəsinin baş həkimi Cavanşir Bağırova məxsus ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön