Ana Sayfa > Hadisə > Kürdə iki nəfərin meyiti tapıldı - YENİLƏNİB

Kürdə iki nəfərin meyiti tapıldı - YENİLƏNİB


11-07-2020, 13:13. Yazar: admin
Kürdə iki nəfərin meyiti tapıldı - YENİLƏNİB
İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti tapılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saat 12:00-da meyit Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
İyulun 9-u Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan daha bir nəfərin meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.
Geri dön