Ana Sayfa > Hadisə > 3 yaşlı uşağı avtomobil vurub

3 yaşlı uşağı avtomobil vurub


14-06-2020, 16:49. Yazar: admin
3 yaşlı uşağı avtomobil vurub

Göygöl şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Göygöl şəhər ərazisində 2017-ci il təvəllüdlü R.İmanovu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada öncə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanıb.
Geri dön