Ana Sayfa > Hadisə > Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır

Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır


14-06-2020, 16:15. Yazar: admin
Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.
Geri dön