Ana Sayfa > Hadisə > Mingəçevirdə avtomobil piyadaları vurub, 1-i ölüb, 4-ü xəsarət alıb - FOTO

Mingəçevirdə avtomobil piyadaları vurub, 1-i ölüb, 4-ü xəsarət alıb - FOTO


12-06-2020, 17:29. Yazar: admin

Mingəçevirdə avtomobil piyadaları vurub, 1-i ölüb, 4-ü xəsarət alıb - FOTO
Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Mercedes” markalı minik maşını “Hyundai” markalı avtomobillə toqquşub. İdarəetmədə çıxan “Mercedes” yol kənarındakı piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 4-ü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön