Ana Sayfa > Hadisə > Bakıda əcnəbini döyərək 1000 manat pulunu alıblar

Bakıda əcnəbini döyərək 1000 manat pulunu alıblar


11-06-2020, 12:10. Yazar: admin
Bakıda əcnəbini döyərək 1000 manat pulunu alıblar

Bakıda əcnəbiyə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 9-da rayon ərazisində 3 nəfərin onu döyərək cibindən 1000 manat pulunu götürməsini bildirib.

Dərhal başlanılmış əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.Məlikov və K.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblarlar.

Araşdırma aparılır.
Geri dön