Ana Sayfa > Hadisə > Nərimanovda piyadanı avtomobil vurdu

Nərimanovda piyadanı avtomobil vurdu


29-05-2020, 22:20. Yazar: admin


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Vəfadar Ziyəddin oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Geri dön