Əli Abbasovun Eldar Mahmudovla “işbirliyinə” getməsi mümkündürmü?
Tarix: 24-11-2015, 10:16 | Çap et
Əli Abbasovun  Eldar Mahmudovla  “işbirliyinə” getməsi mümkündürmü?
“MTN işi” ilə bağlı adı mətbuatda ən çox hallanan dövlət qurumlarından biri Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.Mətbuat yazır, Əli Abbasov hər üzünə tənqid olunur. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, MTN ətrafında cərəyan edən proseslərlə əlaqədar RYTN aparat rəhbəri Vidadi Zeynalov, BTRİB-nin rəisi Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin direktoru Qəmbər Bəybalayev və daha bir neçə məsul şəxs saxlanılaraq istintaqa cəlb edilib. Məlum həbslərdən sonra təbii olaraq sabiq nazir Əli Abbasovun da adı gündəmə gəldi. Nəticə etibarilə hər kəsi bir sual düşündürməyə başladı: görəsən, nazirin tabeçiliyindəki şəxslərlə MTN arasındakı “əməkdaşlıqdan” xəbəri olubmu və ümumiyyətlə, onun MTN-lə hansısa “bağlılığı” varmı?

Əli Abbasovun bu günə qədər olan fəaliyyətini, göstərdiyi xidmətlərini və s. amilləri nəzərə alsaq,onun bilərəkdən MTN-lə məlum əməkdaşlığa getməsi mümkünsüz kimi görünür. Eyni zamanda, Əli Abbasov son hadisələrə qədər dövlətə və dövlət başçısına sadiq bir şəxs kimi tanınıb. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev də Əli Abbasova daim yüksək etimad göstərib, onun xidmətlərini lazımınca qiymətləndirib və dəfələrlə vurğulayıb ki, neft sektorundan sonra ölkəmizə ən çox gəlir gətirən sahə məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.O da həqiqqətdir ki,RYTN-nin önə çıxması İltimas Məmmədovun hesabına olub.Rabitədəki ugurlar onun hesabına yazılsa da hər şey Əli Abbasovun adı ilə baglı olub.

Buna baxmayaraq bu cür qiymətləndirilən bir şəxsin – Əli Abbasovun hansısa maraqlar naminə kriminal qruplaşmalarla əlaqə qurması, yolunu azmış sabiq MTN rəhbərliyi ilə “əməkdaşlıq” etməsi həqiqətən də inandırıcı görünmür. Ancaq istisna deyil ki, tabeçiliyində olan şəxslərə lazımi səviyyədə nəzarət edə bilməməsi ,yalnız “iş-işdən” keçəndən sonra ayılması bu cür sonluqla nəticələnib.Böyük ehtimal ki,onun nazir vəzifəsindən uzaqlaşdırılması tabeçiliyində olan şəxslərə nəzarət edə bilməməsindən irəli gəlib.İndi yəqin ki,Əli Abbasov iki əli ilə başını döyür və özünü sadəlövh,iradəsiz olmaqda qınayır.

Bu yazdıqlarımız, təbii ki, bizim şəxsi qənaətimizdir. Ancaq inanırıq ki, məlum olaylarla bağlı istintaq hərəkətləri yekunlaşdıqdan sonra bizim ehtimallarımız hər kəs tərəfindən həqiqət kimi qəbul ediləcək.

Faktinfo.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net