Sahibkarlardan nazir müavininə şok - İTTİHAMLAR
Tarix: 23-11-2015, 09:35 | Çap et
Sahibkarlardan nazir müavininə şok - İTTİHAMLAR
Vergilər naziri Fazil Məmmədovun kurasiyasında olan üç rayonda iş adamlarına divan tutulur.

VİZUAL.az-a verilən məlumata görə, Binəqədi, Şəmkir və Gədəbəy rayonlarında sahibkarlar xirtdəyə qədər boğaza yığılıb.
Təkcə Şəmkirdə onlarla sahibkarın, restoran və istixana, üzüm sahələrinin sahiblərinin F.Məmmədovun şəxsi biznesinə mane olduqlarına görə sıxışdırıldıqları və nəticədə mülkiyyətlərini ucuz qiymətə sataraq başqa ölkələrə üz tutduqları haqda məlumatlar var.
F.Məmmədovun çökdürdüyü sahibkarlar arasında Gədəbəyli sahibkarlar və ya başqa rayonlardan gəlib Gədəbəy rayonunda iş quran sahibkarlar da kifayət qədərdir. Bu işlərdə nazir müavini Natiq Əmirovun da əməyi az deyil.
Faktlara nəzər yetirək: 2006-ci ildə Gədəbəyin Slavyanka kəndi ərazisində "Yuxarı Narzan” adlı çox böyük və gözəl bir istirahət mərkəzi tikildi. Bu mərkəzdə 250- 300 nəfər işlə təmin olundu.
Mərkəz çox uğurla fəaliyyət göstərdi hətta genişlənməyə başladı. Amma bu xoş günlərin ömrü çox uzun olmadı. 14 saylı ərazi Vergilər idarəsinin rəisi Ramiz Yediyarov rayona icra başçısı təyin edidiyi 2012-ci ildə bu istirahət mərkəzinin fəaliyyəti dayandırıldı.

Deyilənə görə istirahət mərkəzinin sahibindən obyekti ucuz qiymətə nazirin adamlarına satması tələb olunurdu. Üç illik fasilədən yəni 2015-ci ildə məlum yanğın hadisəsindən və prezidentin çıxışından sonra F.Məmmədovun mövqeyi zəiflədi və həmin obyekt fəaliyyətə başladı.
Lakin bu illər ərzində sahibkara və işçilərə külli miqdarda ziyana görə heç kim məsuliyyət daşımadı.
Başqa bir misal çəkə biləriik; məlumdur ki, Gədəbəy rayonunda yalnız bir ədəd stadion və idman kompleksi mövcuddur. Həmin idman qurğuları 2008-ci ildə tamamilə təmir olundu və ölkə başçısı tərəfindən açılışı edildi.
Açılışdan bir qədər sonra kompleks qəflətən özəlləşdirilməyə çıxarıldı və naməlum şəxs tərəfindən alındı. Hərçənd bu rayonda yaşayan uşaq da bilir ki, kompleks F.Məmmədovun iradəsindən kənar heç kimə satıla bilməzdi.
Çox keçmədi ki, stadion və idman kompleksi bağlandı. Naməlum səbəblərdən yeni təmir olunmuş bu obyekt dağıdılaraq tamamilə yarasız vəziyyətə salındı. Hazırda yüz minə yaxın əhalisi olan bir rayonun adı bir idman yarışı keçirməyə heç bir idman qurğusu yoxdur.
Məlumata görə Fazil Məmmədovun yeznəsi Binəqədi rayonunun icra başçısı X.İsgəndərov stadionun ərazisində otel tikməyi nəzərdə tutur və stadionun dağıdılması, ərazinin xarabalıq kimi qələmə verilməsi məqsədi ilə edilir. Belə deyilsə böyük bir rayon üçün bir stadion niyə çox görülür. Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net