Laçın sakininin əcaib məhkəmə iddiası
Tarix: 13-07-2015, 09:55 | Çap et
Laçın sakininin əcaib məhkəmə iddiası
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ.
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ
CƏNAB FİKRƏT MƏMMƏDOVA.

AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ
CƏNAB RAMİL USUBOVA.

ƏDLİYYƏ NAZİRLİYİNİN İCRA BAŞ İDARƏ RƏİSİ.
ZEYNAL ZEYNALOVA.

Laçın rayonunda qeydiyyatda olan müvəqqəti Bərdə rayonu Soğanverdilər kəndində yaşayan Tağıyev Əli Əsgər oğlu tərəfindən.


Ş i k a y ə t ə r i z ə s i


Hörmətli Prezident, cənab Ali Baş Komandan !

09.06.2015-ci il tarixdə müraciətimə əsasən müvafiq orqanlar mənə kömək etmişdir, bizim müraciətə baxan yoxdur, nə edək, bizə kömək edin, ərizəmin məzmununda qeyd edilmişdir ki, 19 noyabr 2012-ci ildə mənim iddiama əsasən Bərdə rayon Məhkəməsində 2(021)1573/2011 nömrəli mülk iş üzrə məhkəmə keçirilmişdir və həmin kənd sakini cavabdeh Həsənov Seyfəddin Hümbət oğluna qarşı mənə dəymiş zərər 140 manat pulun və mənim 3 hektar 42 sot sahəmə gedən yolda peyinin götrülməsi, həmin yolun açılması basrədə qətnamə çıxarılmışdır. Qərar qüvvəyə mindikdən sonra hökümün icrası Bərdə rayon icra qrupuna həvalə edilmişdir, lakin 2012-ci ildən etibarən dəfələrlə müraciət etsəm də Bərdə rayon icra qrupu Bərdə rayon Məhkəməsinin Azərbaycan Respublikası adından çıxardığı hökümü hələ də icra etməyərək qalmaqdadır. Əlavə qeyd etmək istəyirəm ki, mənim bu müraciətimdən sonra Həsənov Seyfəddin Hümbət oğlu mənə şər ataraq Bərdə rayon polis şöbəsinə müraciət etmişdir ki, guya mənim oğlum Ramin onun oğlun və gəlinin təhqir edib, lakin bu şərdir böhtandır, mənim oğlum kəndə mömindir, dini kitablar oxuyur, namaz qılır, allaha itaət edir. Bu bizə şər atan Seyfəddin məhkəmənin hökümün icra etmir, mənə şər atır, böhtan atır, hansı ki, qanuna uyğun olaraq bu əmələrinə görə Seyfəddin qanun qarşısında məsuliyyət daşıyır. Onun ciddi cəzalandırılmasına ehtiyac var. Qeyd etmək istəyirəm ki, Bərdə rayon polis şöbəsində düzgün araşdırma aparılmır, belə ki, mənim oğlumun heç bir günahı olmadan işlərini ədalətsiz insanlar hazırlayıb, məhkəməyə göndərmək istəyirlər, necə ola bilər, bir heç bir əsas olmadan, məhkəməyə müraciət oluna bilir, hansısa bir qanun tələblərini icra etməyən Seyfəddini cəzalandıran yoxdur, ondan qorxan Polis rəisi və Bərdə rayon İcra qrupunun rəhbəri Seyfəddindən qorxurlar, hər hansı səbəbdən bilmirəm, qeyd etdiyim orqanlara təzyiq edir, məhkəmənin hökümü icra edilmir, ancaq qanunu icra etməyən, şər atan şəxsin sözü ilə əsasız məhkəmələrə müraciət olunur, hələ bir məhkəmənin hökmün icra etməyənin sözün polis orqanı necə eşidir bilmirəm, Bu səbəbdəndə məcbur qalıb bir daha Sizə müraciət edirəm.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Sizdən xahiş edirəm ki, Bərdə rayon polis şöbəsi tərəfindən düzgün araşdırma aparılsın, Bərdə rayon icra qrupu Bərdə rayon Məhkəməsinin Azərbaycan Respublikası adından çıxardığı hökümü icra etməsinə, Həsənov Seyfəddin Hümbət oğlu mənim oğlum Raminə şər böhtan atdığına görə qanuna uyğun məsuliyyətə cəlb olunmasına və nəticəsi barədə mənə məlumat verilməsinə müvafiq göstəriş verəsiniz.

Əlaqə telefonu: 050-627-71-15.

08.07.2015-ci il. İmza: Tağıyev Əli Əsgər oğlu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net