"Bizim market"də bonus kart kələyi
Tarix: 23-06-2015, 11:22 | Çap et
"Bizim market"də bonus kart kələyi
Bu gün ölkədə sahibkarlara kifayət qədər şərait yaradılıb. Kim harada istəyirsə, obyekt açıb işlədə bilir. Lakin bəzi sahibkarlar onlara verilən fürsətdən başqa məqsədlər üçün istifadə edir. Belə marketlər şəbəkəsindən biri "Bizim market"lər şəbəkəsidir. Sözügedən marketlə bağlı dəfələrlə redaksiyamıza şikayət ərizəsi daxil olur.
Bizə verilən məlumata görə, digər ticarət obyektləri kimi "Bizim market"lər şəbəkəsi də mağazaya müştəri cəlb etmək üçün alıcılara bonus kartları təklif edir. Bu cür kartlarla alıcıları şirnikləşdirirlər. Karta yığılan bonusların müqabilində müştəriyə hədiyyə təqdim edirlər. Lakin bir əmması var ki, 45 gün ərzində alış-veriş etmədikdə yığılan bonuslar kartdan silinir. Bu nə dərəcədə ədalətli ola bilər? Bəlkə müştəri elə 45 gündən bir alış-veriş edir. Belə çıxır ki, bu yollarla istehlakçıların hüquqlarını pozurlar. Əgər elədirsə, onda müştəri həmin kartdan niyə istifadə edir?
Qeyd edək ki, müştərilərə bonus kartı vermək üçün şəxsiyyət vəsiqələrində olan bütün məlumatlar tələb olunur. Bu nə dərəcədə doğrudur? Müştəri haqqında məlumatların gizliliyi təmin olunurmu?
Bonus kartı verilərkən vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarının marketin məlumat bazasında saxlanması nə dərəcədə qanunidir? Hüquqi tənzimlənməsi necədir?
Qeyd edək ki, fərdi məlumatların qorunması haqqında qanunvericiliyə əsasən fərdi məlumatlar yalnız dövlət qurumlarında ola bilər. Mütəxəssislər isə hesab edirlər ki, mağazalar şəbəkəsində şəxslərin barəsində məlumatların hansısa bazada saxlanması isə sonradan problemlər yarada bilər.
Banklar, və digər müəssisələrdə də şəxsiyyət vəsiqəsi məlumatları götürülür. Orada vətəndaşın məlumatlarının yayılmaması barədə həmin müəssisələr öhdəlik götürür. Və məlumatların saxlanmasının prosedurları var. İnformasiya təhlükəsizliyi qaydalarına maksimum əməl olunmalıdır. İndiki halda marketlər belə bir baza yaradırlarsa və həmin şəxsin iradəsinin xaricində məlumatları başqa yerdə istifadə edilirsə mütləq şəxsə məlumat verilməlidir. Vətəndaş belə halla qarşılaşarsa, şəxsiyyət vəsiqəsi bilgilərinin gizli saxlanılmasını tələb etməlidir. Marketlər sadəcə vətəndaşın bonus kartdan istifadə etdiyi dövrdə məlumatların gizli saxlanılacağı haqqında öhdəlik götürməlidir.
Lakin aparılan araşdırmalar göstərdi ki, marketlərdə şəxsi məlumatların qorunması və istifadəsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir.
Qeyd edək ki, Xətai rayonu, Köhnə Günəşli İnqilab İsmayılov küçəsində fəaliyyəti göstərən "Bizim market” təkcə bonus kart kələyi deyil, bir sıra qanunsuz hərəkətlərə yol verib. Manatın devalvasiyasından sonra məhsullarda qiymətləri qaldırdılar. Ondan sonra müştərilərini itirən sözügedən ticarət obyektinin rəhbərliyi indi də mağazanın qarşısına yazıb vurub ki, mağazada məhsullar köhnə qiymətlə satılır. Bu yolla yenidən müştərilərini qazanmağa çalışan ticarət obyektində yazılanlar həqiqəti əks etdirmir. Dəfələrlə redaksiyamıza daxil olan telefon zənglərinə əsasən deyə bilərik ki, məhsulun üzərindəki qiymətlərlə kassada vurulan qiymətlər arasında kəskin fərqlər olur. Hətta satıcı və alıcılar arasında mübahisələrin belə düşdüyünü bildirirlər. Nə kassir, nə satıcı alıcının haqlı narazılığını həzm edə bilmir. Və dəfələrlə özlərini əsassız şəkildə müdafiə edirlər. Qiymətlər dəyişilib amma vitrindəki qiyməti dəyişməyi unutmuşuq deyib məsuliyyətdən qaçmağa çalışırlar. Lakin bütün bunlar satıcıların günahsız olmasına dəlalət etmir. Çünki satıcının işi məhsullardakı qiymətləri vaxtlı-vaxtında düzəltməkdir. Bu da onu göstərir ki, köhnə qiymətləri vitrində saxlayaraq müştərilərə maddi ziyan vururlar. Bəzi müştərilər bunun fərqinə varmasalar da, əksəriyyəti onların bu əməlinin üstünü açmağa nail olublar. Ona görə də bu marketdən istifadə edərkən alıcılar diqqətli olmalıdırlar və hansısa qanun pozuntusu görərlərsə, buna göz yummamalıdırlar. Bəlkə rəhbərlik fəaliyyətini yenidən nəzərdən keçirər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net