Ceyranbatan bələdiyyəsinin sədri sakinləri aldadıb – FOTOLAR
Tarix: 22-06-2015, 11:49 | Çap et
Ceyranbatan bələdiyyəsinin sədri sakinləri aldadıb – FOTOLAR
Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalov sakinləri aldadıb. TİA.AZ-ın məlumatına görə, Abşeron rayonu tabeliyində olan bu qəsəbənin bələdiyyəsi Quşçuluq ferması yanındakı yaşayış massivində minimal şərait yaratmayıb.

Sakinlər həyat üçün zəruri olan kommunikasiya xidmətlərinin yoxluğundan narazılıq edirlər. “Qafqaznews”-a üz tutan sakinlər qeyd ediblər ki, 2012- ci ildə bələdiyyədən pay torpağı alıb fərdi evlər tikməyə başlayıblar.
Bu zaman bələdiyyə sədri işıq, qaz, su, yol, kanalizasiya probleminin olmayacağını söz verib. C.Zeynalovun verdiyi vədin üstündən üç ilə yaxın vaxt keçir və bələdiyyə sədrinin sözünə xilaf çıxdığı, sakinləri aldatdığı məlum olub.
Bələdiyyədən şikayət edən sakinlər - Kazımov Valid, Məmmədov Kərkəz, Nəzərov İnqilab, Qəhrəmanov Cümşüd, Şirəliyev Elbrus, Aşıralıyev Bəhlul, Nəzərov Yaşar problemlərin həll olunacağı günü gözləyir.
Ərazidə 70-dən artıq ev tikilib. Sakinlərin əksəriyyəti kirayədə yaşamaqdansa, məcburiyyət qarşısında bu şəraitsiz evlərə köçüblər. Ancaq işıq, qaz, su problemi aradan qaldırılmayıb. Əslində, torpaqların satılması və tikintiyə icazə verilməsindən qabaq plan olmalıdır, infrastruktur yaradılmalıdır. C.Zeynalovu isə bu məsələ maraqlandırmır. O, tələm-tələsik torpaqları sataraq pullanıb.
Bələdiyyə sədri “Qafqaz Xəbər” Agentliyinə etiraf edib ki, ərazidə vətəndaşlar ev tiksələr də yaşamadıqları üçün plana salınmamışdı: “Lakin biz ərazinin baş planını hazırlayıb layihəni yenicə təqdim etmişik. Sakinlər orada yaşasınlar ki, biz də onların sayına görə işimizi görək. Su anbarı tikək, işıq transformatoru və sairə quraşdıraq”.
Bələdiyyə sədri artıq plana salındığını və işlər başlayacağın söyləsə də, sakinlər ona inanmır. Qəsəbə camaatı deyir ki, bu, onun növbəti yalanıdır. Çünki dəfələrlə plana salınması barədə məlumat verib və sakinləri sakitləşdirib.

Ceyranbatan bələdiyyəsinin sədri sakinləri aldadıb – FOTOLAR
Ceyranbatan bələdiyyəsinin sədri sakinləri aldadıb – FOTOLAR
Ceyranbatan bələdiyyəsinin sədri sakinləri aldadıb – FOTOLAR





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net