Fərzəliyevin müavininin şıdırğı poliüretan biznesi
Tarix: 28-05-2015, 12:58 | Çap et
Fərzəliyevin müavininin şıdırğı poliüretan biznesi
Nərimanov rayon icra başçısı Abidin Fərzəliyev 1-ci müavininə ən birinci imkanları yaradıb. Başçının “kassir”i və rayondakı “kombinasiyaları”nın mahir ustası sayılan Şahmar İbadov Nərimanovun “qubernator”u rütbəsinə yüksəlib.

Bu barədə TİA.AZ-a mötəbər qaynaqdan verilən xəbərdə qeyd olunur ki, Ş.İbadovun səriştəsi və kassa işində peşəkarlığı Milli Məclisə qədər uzanır. Bu vəzifəsinə qədər Milli Məclisdə sektor müdiri olmuş Ş.İbadovun çox qısa zaman ərzində Nərimanov rayonu ərazisində də “məharəti”ni nümayiş etdirib. Onun adı milyon manatlarla ölçülən daşınmaz əmlakların sənədləşdirilməsində hallanır. İddia olunur ki, başçı müavini Fərzəliyevin himayəsi və göstərişləri əsasında, bəzən isə onun xəbəri olmadan bir sıra “əməliyyat”lar həyata keçirir. Daşınmaz əmlak qeydiyyatından əlavə, binaların sökülməsi, plana düşən tikililərə görə kompensasiyaların bölüşdürülməsi işlərinə sahiblik edir. Bəzi qaynaqlardan gələn xəbərlərdə bildirilir ki, İbadov Nərimanov ərazisində poluiteran materialların binalara üzlənməsində baş məsləhətçi olub. İddialara görə, bu keyfiyyətsiz üzlüklərin rayondakı binaların fasadına yamaq etməkdə müavinin mənfəəti olub. Mənbə qeyd edir ki, Fərzəliyev bu məsələdən heç də xəbərsiz olmayıb və onun istəkləri reallaşıb. Artıq həmin üzlüklər sökülüb. Ş.İbadov qısa müddət ərzində böyük qazanc əldə edib. Bundan əlavə, Həsən Əliyev küçəsinin Azərbaycan Müəllimlər İnstitutu ilə bitişdiyi ərazidə 5 mərtəbəli binaların söküntü işləri aparılıb. Yerində isə yeni binaların tikintisi hələ də davam edir. Şahmar İbadov bu prosesdən çox böyük qazanc əldə edib. İcra Hakimiyyətinin birbaşa nəzarəti altında tikilən ərazidəki yeni binaların 1-ci mərtəbələrinin obyekt kimi satılması və ya yaxınlarının adına rəsmiləşdirilməsi kimi işlər İbadovun əli ilə gerçəkləşib. Yazıdakı iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net