Şamaxıda başçının 1-ci müavininin məsləhətilə intihara cəhd
Tarix: 26-05-2015, 09:38 | Çap et
Şamaxıda başçının 1-ci müavininin məsləhətilə intihara cəhd
Dünən Şamaxıda intihara cəh hadisəsi baş verib. Vertikal.az-a verilən xəbərdə bildirilir ki, Şamaxı rayonunun Neriman küçəsi 1 ünvanında Nəsimi parkının yanında inşa edilmiş kafenin sahibi rayonun adlı sanlı sahibkarlarından sayılan Seyran Quliyev intihara cəhd edib. Özü də Şamaxı rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovun yanında onun məsləhətinə uyğun olaraq.

Məlumatda deyilir: “Belə ki, dünən günorta saatlarında Şamaxı RİHB-nın birinci müavini Qasım Qasımov, baş memar əvəzi Alqış Babayev və şəhər icra nümayəndəsi Şahnəzər Qasımov qeyd olunan kafeye gələrək 10 il bundan əvvəl inşa edilmiş kafenin guya sənədlərinin olmamasını əsas gətirərək buranın söküləcəyini sahibkara bildirmişlər. Seyran Quliyev isə tikiliyə icazəsi olduğunu və bununla bağlı sənədlərini onlara təqdim etməsinə baxmayaraq onlar israrla buranın sökəcəklərini bildirdikdə sahibkar onlardan ölkə rəhbərinə şikayət edəcəyini bildirmişdir.Qasım Qasımov isə kimə istəyirsən get de men dedim qurtardı «jarqonunu « dilə gətirərək sahibkara təzyiq etmişdir.

Bundan cana doyan Seyran Quliyev onların gözü onündə özünü yandıracaqını bildirsə də Qasımov necə isteyirsənb elə də elə ifadəsi ilə kifayətlənmiş, Seyran Quliyev üzərinə neft tökərək onu alışdırmaqa çalışmış xoşbəxtlikdən neft alışmamış digər şəxslərin müdaxiləsi nəticəsində insedent sakitləşdirilmişdir”.

Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net