Müəllimlərin puluna təmir edilən təhsil şöbəsi dağılır – Beyləqanda
Tarix: 21-05-2015, 10:27 | Çap et
Müəllimlərin puluna təmir edilən təhsil şöbəsi dağılır – Beyləqanda
Beyləqan Rayon Təhsil Şöbəsinin binası bir il əvvəl təmir olunub. Təmir 43 min manata başa gəlib. Binaya xərclənən 43 min manat isə bütövlükdə rayondakı məktəb direktorlarından yığılıb.

Bu barədə TİA.AZ-a verilən məlumata görə, direktorların da həmin pulları müəllimlərdən yığdıqları bildirilir. Təmirdən sonra bina xarici görünüşcə qonşu binalara bənzəsə də, binanın daxili bərbad vəziyyətdə qalıb. RTŞ binası ilə yanaşı Heydər parkında yaxın vaxtlarda inşa olunmuş Heydər Əliyev mərkəzi, Gənclər mərkəzi və Şahmat məktəbi kimi binalar da var.
Ancaq təhsil şöbəsi binasının daxilində iş otaqlarını işçilər hərə öz otağını təmir etdirsə də, ümumi iclas zalı və inventarlar üçün anbarın tavanı təmir olunmayıb. Yağış yağarkən, bu otaqların müxtəlif yerlərindən su damır. Bu su damcıları uzun müddət davam edir.
Ona görə də iclas zalının və inventarlar üçün anbarın divarları kiflənib, döşəmələr isə çürüyüb. Adıçəkilən otaqlardakı bərbad vəziyyəti kimlərinsə daxil olub görməməsi üçün həmin otaqların qapıları mismarlanaraq daimi olaraq qapadılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net