21 yaşlı gəlin ərinin dostu tərəfindən qaçırıldı - Bakıda biabırçılıq
Tarix: 22-09-2020, 12:03 | Çap et
21 yaşlı gəlin ərinin dostu tərəfindən qaçırıldı - Bakıda biabırçılıq

Bakıda ailəli olan gənc qadının qaçırılması ilə bağlı bu gün polisə müraciət daxil olub.

Polisə Binəqədi qəsəbəsi ərazisindən 1999-cu il təvəllüdlü Aysel Məmmədovanın (ad və soyadlar şərtidir) həyat yoldaşının dostu tərəfindən qaçırılması ilə bağlı müraciət daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşları hadisəni araşdırmaq üçün ailəyə baş çəkib. Məlum olub ki, ailəli və 1 uşaq anası olan qadın onun ərinin yaxın dostu Ənvər Əliyev (ad və soyad şərtidir) tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Ailələrin üzvləri məsələ ilə bağlı polis şöbəsinin qarşısında toplaşıb.

Hadisənin təfərrüatlar barədə əlavə məlumat veriləcək.
(publika.az)




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net