Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib
Tarix: 8-08-2020, 14:49 | Çap et
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən “Report”a bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
01-10-2020 03:58
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net