Azərbaycanda saxta arayış verən həkimə cinayət işi açıldı
Tarix: 6-08-2020, 15:26 | Çap et
Azərbaycanda saxta arayış verən həkimə cinayət işi açıldı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Neftçalanın Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun pul müqabilində karantin rejimi dövründə kənd sakini olan bir qadına Bakı şəhərindəki xəstəxanalardan birində müayinədən keçməsinə dair saxta tibbi arayış verməsi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işinə başlanılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net