Gəncədə qaz partladı: Xəsarət alan var
Tarix: 2-08-2020, 01:28 | Çap et
Gəncədə qaz partladı: Xəsarət alan var
Gəncə sakini yanıq xəsarətləri alıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

1956-cı il təvəllüdlü Kərimov Vidadi Rəşid oğlu bədəninin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 64 yaşlı kişi yaşadığı evin vanna otağında qazı yandıran zaman partlayış olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net