Bakıda qadına əzab verən şəxsin məhkəməsi başlayır
Tarix: 30-07-2020, 14:18 | Çap et
Bakıda qadına əzab verən şəxsin məhkəməsi başlayır

Bakıda qadına əzab verməkdə təqsirləndirilən Saleh Şahmarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Fərid Əmirəliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə mart ayında baş verib.

Zərərçəkmiş A.T-yə qarşı cinayətdə təqsirləndirilən S.Şahmarova Cinayət Məcəlləsinin 133.1-ci (mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham verilib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın yaydığı məlumata görə, qadın uşaqlarının gözü önündə döyülüb.

Bakıda qadına əzab verən şəxsin məhkəməsi başlayır




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
08-08-2020 10:36
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net