Dənizdə batan uşağı xilas edən 11 nəfər boğuldu
Tarix: 11-07-2020, 08:02 | Çap et
Dənizdə batan uşağı xilas edən 11 nəfər boğuldu

Misirin şimal paytaxtı İsgəndəriyyədə ən azı 10 nəfər Aralıq dənizində boğularaq ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Al Balad” informasiya portalı yayıb. Xilasedicilər yeddi nəfərin cəsədini tapsa da, digərlərinin axtarışı davam edir.

Qeyd olunub ki, faciə “Palm Beach”də baş verib. Belə ki, səhər çimmək üçün sahilə gələn bir qrup şəxs dənizdə uşağın batdığını görüblər.

Uşağı xilas etmək istəyən 11 nəfər dənizdə boğularaq ölüb. Şimal paytaxtın turizm və kurort administrasiyasından verilən məlumata görə, hadisə səhər saat beşdə pandemiya səbəbiylə bağlanmış çimərlikdə baş verib və buna görə orada xilasedicilər olmayıb.

Hazırda pandemiya səbəbindən ictimai çimərliklər bağlıdır və bir çoxları polisə görünməmək üçün səhər saatlarında dənizə gedirlər.

Ümumiyyətlə bu sahilə "ölüm sahili" adı verilib. Belə ki, burada çimənlər güclü axın səbəbindən boğulur. 2018-ci ildə cəmi bir həftə içində 21 nəfər orada ölüb, bundan sonra yerli hakimiyyət çimərliyin istifadəsini qadağan edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net