Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü, 8-i yaralandı
Tarix: 8-07-2020, 16:30 | Çap et
Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü, 8-i yaralandı

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov "Report"a faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalrından birinin tibb işçiləri olub.

Faktla bağlı araşdırma aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net