Gömrükçülər mobil telefon, spirtli içki və dərmanların qanunsuz keçirilməsinin qarşısını alıb
Tarix: 1-07-2020, 12:18 | Çap et
Gömrükçülər mobil telefon, spirtli içki və dərmanların qanunsuz keçirilməsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi " DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Yoxlama zamanı, avtomobilin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən qutusu və aksesuarları ilə birlikdə 1 ədəd "Huawei 10 Lite 64 GB", 1 ədəd qutu və aksesuarları olmayan "Huawei Mate 30 Pro 256 GB", 1 ədəd " Honor 32 GB" markalı mobil telefon, 5 adda 39 ədəd spirtli içki, 460 ədəd həb, 110 ədəd kapsul, 20 ampul və 16 flakon müxtəlif adda dərman preparatları, şəxsi əşyalarının içərisində isə gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd xəz dərili gödəkçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net