Salyanda baş verən qəzada sahibkar öldü
Tarix: 1-07-2020, 11:36 | Çap et
Salyanda baş verən qəzada sahibkar öldü
Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücü ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gecə saatlarında Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Tofiq oğlu Abdullayevin idarə etdiyi “Toyota” markalı, 90-BK-939 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə, sürücü hadisə yerində ölüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən R.Abdullayev Salyanda fermer fəaliyyəti ilə məşğul olub. O, ferma işlədirmiş.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net