Bakıda polis əməkdaşını avtomobil vurub
Tarix: 1-07-2020, 01:51 | Çap et
Bakıda polis əməkdaşını avtomobil vurub

Bakının Suraxanı rayonunda polis əməkdaşının xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Hadisə Hövsan qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis nəzarət postunda qeydə alınıb.

Minik avtomobili 1996-cı il təvəllüdlü Məmmədli Elşən Vadim oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net