Tovuzdakı ağır qəzada ölən və yaralanan şəxslərin adları bəlli oldu – YENİLƏNİB+FOTO
Tarix: 26-06-2020, 19:30 | Çap et
Tovuzdakı ağır qəzada ölən və yaralanan şəxslərin adları bəlli oldu – YENİLƏNİB+FOTO
Tovuzda baş vermiş ağır qəzada ölən və yaralananların adı bəlli olub.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində VAZ-ın sürücüsü 1974-cü il təvəllüdlü Haqverdi Qurban oğlu Həsənov vəfat edib.

Onun oğlu, 2005-ci il təvəllüdlü Murad Haqverdi oğlu Həsənov isə xəsarət alıb.

“KamAZ”ın sürücüsü isə 1970-ci il təvəllüdlü Dilqam İsmayılov olub.


Tovuzda yük avtomobili minik maşını ilə toqquşub.

Baku TV xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb.

İlkin məlumata görə “KamAZ” markalı yük maşını VAZ-la toqquşub.

Hadisə zamanı bir nəfər həyatını itirib.

Qəzanın təfərrüatı dəqiqləşdirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net