Bakı-Şamaxı yolunda ağır qəza, xəsarət alanlar var
Tarix: 25-06-2020, 01:32 | Çap et
Bakı-Şamaxı yolunda ağır qəza, xəsarət alanlar var

Bakı-Şamaxı magistral avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza zamanı 1992-ci il təvəllüdlü Qədirov Elnur Elşən oğlu, 1996-cı il təvəllüdlü Rəcəbli Şəhla Malik qızı və 1955-ci il təvəllüdlü Rəhimov Aydın Əli oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

E. Qədirova qabırğanın küt travması, Ş. Rəcəbliyə bədənin küt travması və A. Rəhimova isə qapalı kəllə-beyin və döş qəfəsinin qapalı travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net