Bakıda avtoqəza zamanı ölən sürücünün adı məlum olub - FOTO - YENİLƏNİB
Tarix: 18-06-2020, 04:48 | Çap et
Bakıda avtoqəza zamanı ölən sürücünün adı məlum olub - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda baş vermiş avtoqəza ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AzSamand” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü İmanov Qəhraman Əlövsət oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

"Samand" markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü dünyasını dəyişib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyitini çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net