Bakıda yol qəzası baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb - FOTO
Tarix: 17-06-2020, 06:21 | Çap et
Bakıda yol qəzası baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb - FOTO

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Qobustan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Beləki “BMW” markalı avtomobillə “Renault” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən “BMW” markalı avtomobil aşıb.

Nəticədə “BMW”nin sürücüsü hadisə yerində ölüb. 1986-ci il təvəllüdlü Sadıqov İsmayıl Füzuli oğlu və daha bir nəfər - Musayev Vasif ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Bakıda yol qəzası baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb - FOTO




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net