Şirvanda maskalı şəxslər evə hücum etdi: Kişini döyüb, pulunu oğurladılar
Tarix: 15-06-2020, 16:57 | Çap et
Şirvanda maskalı şəxslər evə hücum etdi: Kişini döyüb, pulunu oğurladılar

Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevə qarşı quldurluq törətməkdə şübhəli bilinən bir qrup şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 10-da Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevin evinə gəlmiş iki maskalı şəxsin onu döyərək, 2000 manat pulunu götürüb getmələri barədə Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat daxil olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Baş Cinayət Axtarışı İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan sakinləri B.Baxşıyev, E.Əhmədov və R.Məmmədov saxlanılıblar.




Xəbərlər
 
 
 
08-08-2020 04:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2020 16:21
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net