Bakıda mənzildən 2500 manatlıq oğurluq edildi
Tarix: 15-06-2020, 13:55 | Çap et
Bakıda mənzildən 2500 manatlıq oğurluq edildi

Bakıda mənzildən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi və Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonu ərazisindəki evlərin birindən 1710 manat pul və 750 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Qabilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net