Azərbaycanda dəhşət: Kişi keçmiş arvadını baltaladı
Tarix: 31-05-2020, 11:27 | Çap et
Azərbaycanda dəhşət: Kişi keçmiş arvadını baltaladı

Beyləqanda kişi keçmiş arvadına balta ilə xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə rayonun Mil qəsəbəsində qeydə alınıb

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Tahir Muradxanov münaqişə zəminində keçmiş həyat yoldaşı, 1970-ci il təvəllüdlü Dilruba Cəfərovaya balta ilə baş və bədəninə çoxsaylı zərbələr endirib.

Yaralı ağır xəsarətlərlə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net