Avtoqəzada xəsarət alan Sumqayıt sakini xəstəxanada keçinib
Tarix: 25-05-2020, 02:40 | Çap et
Avtoqəzada xəsarət alan Sumqayıt sakini xəstəxanada keçinib

Sumqayıtda xəstəxanaya yerləşdirilən 22 yaşlı qadın təxminən iki ay yarımdan sonra ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, bu ilin martın 7-də Yardımlıya nişan mərasiminə gedən ailənin Masallı rayonunda qəzaya düşməsi nəticəsində ağır bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Sumqayıt sakini Rəna Mahmudlu xəstəxanada dünyasını dəyişib.

Avtoqəzada xəsarət alan R.Mahmudlu həmin gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə aparılıb. İki aydan çox orada müalicə alan 22 yaşlı qadın ötən gün Sumqayıta gətirilərək Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırlaşan R.Mahmudlunu həkimlər xilas edə bilməyib və o bu gün xəstəxanada keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net