Minlərlə sakinin istifadə etdiyi yol hasarlandı – Prezidentə müraciət
Tarix: 5-09-2019, 06:01 | Çap et
Minlərlə sakinin istifadə etdiyi yol hasarlandı – Prezidentə müraciət
"Riyad” Ticarət Mərkəzinin yanından Sumqayıt-Bakı magistralına çıxan yeganə yol bağlanıb.

BakuPost xəbər verir ki, yol ticarət mərkəzinin rəhbərinin göstərişi ilə daşla hörülüb. Bu isə hər gün buradan istifadə edən yüzlərlə Xırdalan sakinini çətin vəziyyətə salıb. Məsələ ilə əlaqədar dəfələrlə ticarət mərkəzinin rəhbərliyinə, Abşeron rayon İcra Hakimiyyətinə müraciət olunsa da, heç bir müsbət nəticə əldə edilməyib.
Çarəsiz qalan vətəndaşlar ölkə rəhbərliyindən kömək istəyir. 100-ə yaxın Xırdalan sakini Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti mütəmadi olaraq məmur özbaşınalığına qarşı mübarizə aparır. Məmurlar isə yenə də xalqı incitməkdə davam edir: "Əllərində çoxlu var-dövlət toplamış məmur ordusu nə Prezidentin göstərişlərinə, nə qanunlara, nə də xalqa məhəl qoyur. Bu harınlamış insanlar xalqın narazılığından, qanunlardan çəkinmirlər”.
Sakinlər ümid edir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onların səsini eşidəcək və çox sayda Xırdalan sakininlərini çətin vəziyyətdə salan problem tezliklə həll olunacaq.





Xəbərlər
 
 
 
 
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net