İcra başçısının yaxın adamı həbs edildi – Qanunsuz tikililərə görə...
Tarix: 10-10-2018, 10:53 | Çap et
İcra başçısının yaxın adamı həbs edildi – Qanunsuz tikililərə görə...
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb.

Unikal.org-a daxil olan məlumata görə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.

Qeyd edək ki, Xaliq Məmmədov Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net