Qiymətlər qalxır, İqtisadiyyat Naziri isə gözləmə mövqeyi tutur
Tarix: 28-07-2017, 09:14 | Çap et
Qiymətlər qalxır, İqtisadiyyat Naziri isə gözləmə mövqeyi tutur
Nə baş verir,və ya marketlərdə nə baş verdiyindən İqtisadiyyat naziri xəbərdardırmı? Bildiyimiz qədər, Dövlət Gömrük Komitəsi son 5 ayda idxala dair gömrük rüsumlarını qaldırmayıb.Xüsusilə qida məhsullarına görə əlavə rüsum tətbiq edilməyib.

ABŞ dolları nəinki Azərbaycanda, dünyada bahalaşmayıb. Hal- hazırda rəsmi olaraq 1 dollar 1.7010 manatdır, 1.75 60 səviyyəsindən 1.7010 səviyyəsinə qədər ucuzlaşıb, ilin sonuna kimi qalxma ehtimalı yoxdu.

Bəs nə baş verir ki,ərzaq məhsullarının, o cümlədən qida yağlarının qiyməti qaldırılır.

Faktinfo.az xəbər verir ki, məsələn: ”Araz”marketlər şəbəkəsində 1kq “Ankor” yağının qiyməti 14.90 manata satılır. On beş gün əvvəl isə “Ankor”yağı 12.90 manata satılırdı. Göründüyü kimi ,fərq 2 manatdır.

“Aİ-92” benzinin 70-dən 90 qəpiyə qaldırılmasının bu dərəcədə qiymət artımına səbəb olacağını İqtisadiyyat Nazirliyində məsələyə aidiyyatı şəxslər düşünüb gözləmə mövqeyi tuturlarsa yanılırlar. Bu suni qiymət artımıdır,”sipukulyativ”amillərlə bağlıdır. O səbəbdən İqtisadiyyat Nazirliyi hərəkətə keçməlidir. Yaranmış vəziyyətə dair ölkə rəhbərliyinin çağırışını gözləməməlidir.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : [email protected]
Designed by Daraaz.net